Bank Of Baku

Gələn il Azərbaycanda yeni prosesinq mərkəzi açılacaq

Gələn il Azərbaycanda yeni prosesinq mərkəzi açılacaq
# 29 dekabr 2009 06:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn ilin fevral ayında Azərbaycanda «Texkart» adlı yeni prosesinq mərkəzi fəaliyyətə başlayacaq. Bunu «APA-Economics»ə açılamasında «Texkart» Prosesinq Mərkəzinin baş direktoru Polad Talıbov bildirib.

P.Talıbovun sözlərinə görə, hazırda «MasterCard» və «VİSA» sistemləri üzrə sertifikasiya işləri aparılır. Bundan başqa, yaxın günlərdə bankın «AzeriCard» Prosessinq Mərkəzində olan bütün məlumat bazası transfert ediləcək.

Fevral ayında ilkin olaraq mərkəzin təsisçisi olan «Texnikabank» SKB-nin 45 min plastik kartı buraxılacaq. Bu kartların 37 mini debit, qalanı isə kredit funksiyalı olacaq. «Emissiyanın sonrakı həcm göstəriciləri isə növbəti mərhələlərdə müştərilərin müraciətlərindən asılı olacaq», - deyə P.Talıbov qeyd edib.

P.Talıbov bildirib ki, hələ mərkəzə üzvlüklə bağlı heç bir bank müraciət etməyib.

Qeyd edək ki, «Texkart» Prossesinq Mərkəzi «Texnikabank» SKB tərəfindən 2007-ci ildə yaradılıb. Hazırda şirkət «Texnikabank» daxilində, gələcəkdə isə digər banklara da xidmət göstərəcək. «Texkart»ın nizamnamə kapitalı 1 mln. manat təşkil edir və bu günlərdə şirkətin daha 1 mln. manatlıq əlavə səhmləri buraxılması ilə bağlı emissiya prospekti dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR