Bank Of Baku

«Kapital Bank»ın yeni şöbələri açılıb

«Kapital Bank»ın yeni şöbələri açılıb
# 29 dekabr 2009 09:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Ecomomics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) dörd yeni şöbəsi fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şöbələr Bakı şəhərinin Ağa Neymətulla,23, Ağa Neymətulla,54, Şərifzadə,71 və Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Xırdalan-Binəqədi şossesi) yerləşir.

Bankdan bildirib ki, əvvələr bu şöbələrin yerində bankın kassaları fəaliyyət göstərib.

Qeyd edək ki, «Kapital Bank»ın yeni şöbələri əhali üçün kredit xidmətindən başqa bütün növ bank xidmətləri göstərəcək.

Xatırladaq ki, bu şöbələr da daxil olmaqla bankın respublika üzrə fəaliyyət göstərən şöbələrinin ümumi sayı 22-yə çatıb, bunun 6-sı regionda yerləşir.

«Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 449,217 mln. manat, depozit portfeli 226,189 mln. manat, kredit portfeli 222,225 mln. manat, məcmu kapitalı 77,593 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın respublika üzrə 91 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR