Bank Of Baku

Bu il dünyada ən çox proteksionizm tədbirlərinə məruz qalan Çin olub

Bu il dünyada ən çox proteksionizm tədbirlərinə məruz qalan Çin olub
# 29 dekabr 2009 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qlobal maliyyə böhranı ilə əlaqədar dünya ölkələri proteksionizm tədbirləri həyata keçirmək məcburiyyətində olub. «APA-Economics»in Böyük Britaniyada yerləşən «Global Trade Alert» beynəlxalq müstəqil araşdırma şirkətinə istinadən verdiyi məlumata əsasən, 2009-cu ildə müxtəlif dövlətlərin hökumətləri tərəfindən ümumilikdə 257 proteksionizm tədbirləri həyata keçirilib və bundan əlavə 56 tədbir tərəfdaş ölkələrin maraqlarının pozulması faktı kimi qiymətləndirilir. Proteksionizm tədbirlərinin tətbiqində ilk yeri Rusiya tutur. Bu cür tədbirlərə daha çox məruz qalan isə Çin (146) olub.

Gələn il üçün ölkələr daha 188 proteksionizm tədbiri nəzərdə tutub ki, bunların yarısı müxtəlif rüsumlar vasitəsi ilə yerli istehsalçıları və ticarətin müdafiəsinə yönəldilən dövlət dəstəyi çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, cari ilin iyulun əvvəlində G-8 ölkələrinin başçıları proteksionizm tədbirlərinə qarşı çıxaraq öz bazarlarını investisiya və ticarət üçün açıq və azad saxlanmasına dair razılığa gəlsələr də, bu vədə əməl etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR