Bank Of Baku

Azərbaycan hökuməti xüsusi iqtisadi zonanın fəaliyyəti ilə bağlı gömrük rejiminin sadələşdirilmiş qaydalarını təsdiq edib

Azərbaycan hökuməti xüsusi iqtisadi zonanın fəaliyyəti ilə bağlı gömrük rejiminin sadələşdirilmiş qaydalarını təsdiq edib
# 29 dekabr 2009 10:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, xüsusi iqtisadi zonalara (XİZ) gətirilən və aparılan mallar və nəqliyyat vasitələri üzrə aparılan əməliyyatlar üzərində gömrük rəsmiləşdirilməsi, gömrük nəzarətinin aparılması üçün qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, XİZ-də Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş qaydada gömrük məntəqələri yaradıla bilər. XİZ-ə gətirilən və aparılan mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən keçirilməlidir. XİZ-də gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilən zaman elektron nəzarət və elektron bəyanetmə üsullarından istifadə edilə bilər.

Qaydalara görə, mallar (aksizli mallardan başqa) Azərbaycan gömrük ərazisi xaricindən XİZ-ə idxal edilərkən idxal rüsumu və əlavə dəyər vergisi, XİZ-də istehsal və ya emal olunmuş malların Azərbaycanın gömrük ərazisi xaricinə ixrac edilməsi zamanı gömrük rüsumları və vergilər tutulmur. Azərbaycanın gömrük ərazisi xaricindən XİZ-ə idxal olunmuş mallar XİZ-dən Azərbaycan gömrük ərazisi xaricinə ixrac olunarkən gömrük rüsumları və vergilərdən azaddır. Zonada istehsal və ya emal olunmuş mallar həmçinin Azərbaycanın gömrük ərazisi xaricindən XİZ-ə idxal olunmuş mallar gömrük ərazisinə XİZ-dən idxal edilərkən gömrük rüsumları və vergilər qanunvericiliyinə uyğun olaraq tutulur. Malların gömrük rəsmiləşdirilməsi və gömrük anbarlarında saxlanılması üçün gömrük qanunvericiliyinə uyğun olaraq gömrük yığımları alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR