Bank Of Baku

Azərbaycanın «MilliKart» Prosesinq Mərkəzi strateji investor cəlb edir

Azərbaycanın «MilliKart» Prosesinq Mərkəzi strateji investor cəlb edir
# 29 dekabr 2009 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) yaxın vaxtlarda «MilliKart» MMC-nin nizamnamə kapitalında 10% iştrak payı alacaq. Bunu «APA-Economics»ə açıqlamasında «MilliKart» MMC-nin icraçı direktoru Cəlal Orucov bildirib.

C.Orucovun sözlərinə görə, beynəlxlaq maliyyə qurumu iştirak payının alınmasına dair müvafiq sənədləri artıq Azərbaycan Vergilər Nazirliyinə təqdim edilib və bu istiqamətdə rəsmiləşdirmə işləri aparılır.

C.Orucov qeyd edib ki, EBRD-yə «MilliKart»ın nizamnamə kapitalında 10%-lik payın satılması əlavə səhm emissiyası vasitəsi ilə həyata keçiriləcək. Belə ki, yaxın vaxtlarda şirkətin nizamnamə kapitalının 1 mln. manat artıraraq 5 mln. manata çatdırılması planlaşdırılır. Əlavə səhm emissiyasının 500 minatlıq hissəsi EBRD-yə veriləcək, qalanı isə mövcud təsisçi-bankların bir neçəsi arasında bölüşdürüləcək.

«EBRD-nin təsisçiliyə cəlb edilməsi «MilliKart»ın investisiya kapitalının gücləndirilməsinə, gələcək inkişafının dəstəklənməsinə və effektivliyin yüksəlməsinə şərait yaradacaq. Həmçinin, beynəlxalq maliyyə təşkilatı tərəfindən şirkətə bir sıra texniki yardım göstəriləcək ki, bura korporativ idaretmə standartlarının tətbiqi ilə bağlı konsaltinq şirkətlərinin xidmətləri də daxildir», - deyə C.Orucov bildirib.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» Prosesinq Mərkəzi 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda «MilliKart» tərəfindən 13 banka xidmət göstərilir. Bu banklar tərəfindən 80 mindən çox ödəniş kartları emissiya olunub, 200-dən çox bankomat və 2 200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR