Bank Of Baku

Azərbaycan paytaxtında Dövlət Neft Fondunun 23 mərtəbəli yeni inzibati binasının inşasına start verilib

Azərbaycan paytaxtında Dövlət Neft Fondunun 23 mərtəbəli yeni inzibati binasının inşasına start verilib
# 29 dekabr 2009 11:49 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı binanın layihəsi və maketi ilə tanış olub.

Məlumat verilib ki, hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiə və termal izoləni təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaq.

Layihədə yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə “Yaşıl Bina” (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulur. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək.

Fransanın “İnter Art Etudes” şirkətinin hazırladığı layihənin idarə edilməsi üzrə məsləhətçi ABŞ-ın “AECOM” şirkəti seçilib.

Sonra dövlət başçısı gilizi təmələ buraxıb və beton qarışığı töküb.

Prezident ARDNF-in kollektivini yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR