Bank Of Baku

Qubad İbadoğlu: «Qlobal maliyyə böhranı Azərbaycanın maliyyə sektorunda bir sıra problem yaradıb»

Qubad İbadoğlu: «Qlobal maliyyə böhranı Azərbaycanın maliyyə sektorunda bir sıra problem yaradıb»
# 29 dekabr 2009 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda tədricən səngiyən qlobal maliyyə böhranı Azərbaycanın maliyyə sektorunda 2009-cu ildə bir sıra problem yaradıb. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, 2009-cu il ərzində Azərbaycana xarici ölkələrdən pul köçürmələrində azalma müşahidə olunub: «Cari ilin II rübündə pul transfertləri ötən ilin analoji dövrü ilə müqayisədə 30%, III rübündə isə 43,3% azalıb».

Bu ilin ferval ayından etibarən manatın dollara nisbətən ucuzlaşmasını qeyd edən iqtisadçı-ekspert həmçinin bilidrib ki, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin sabit saxlanılması üçün 1,5 mlrd. dollar vəsait xərcləyib.

«Bütün bunlara baxmayaraq, 2009-cu ildə Azərbaycanda kredit qoyuluşları artıb. Belə ki, təkcə Mərkəzi Bank Dövlət Neft Şirkətinə 750 mln. manat, Azərbaycan Beynəlxalq Bankına isə 450 mln. dollar məbləğində kredit ayırıb», - deyə Q.İbadoğlu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR