Bank Of Baku

Oqtay Haqverdiyev: «Gələn il Azərbaycanın dövlət büdcəsində kəsir olmayacaq»

Oqtay Haqverdiyev: «Gələn il Azərbaycanın dövlət büdcəsində kəsir olmayacaq»
# 29 dekabr 2009 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanın dövlət büdcəsində proqnozlaşdırılan kəsir müşahidə olunmayacaq. «APA-Economics»in məlumatına görə, bunu iqtisadçı-ekspert, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oktay Haqverdiyev bildirib.

Onun sözlərinə görə, 2009-cu il dünya iqtisadiyyatı üçün böhran şəraitində keçib. Lakin Azərbaycana birbaşa maliyyə böhranı deyil, bunun fonunda dünya bazarında neftin qiymətinin kəskin düşməsi təsir göstərib ki, Azərbaycan iqtisadiyyatı əsasən neftən asılıdır: «Bu isə öz növbəsində ölkə iqtisadiyyüatının digər sahələrində əks olunub. Belə ki, problemlər həmçinin real sektorda, o cümlədən maliyyə sektorunda da müşahidə olunub. Buna baxmayaraq, Azərbaycan qlobal maliyyə böhranına hazırlıqlı olduğuna görə böhran ölkəyə ciddi təsir göstərməyib. Ümumiyyətlə, ölkə iqtisadiyyüatı 2009-cu ildə təxminən 8% artıb, inflyasiya isə 2-3% səviyyəsində olub».

O.Haqverdiyev onu da qeyd eidb ki, Azərbaycanın neft sektoru ölkənin sosial sahəsində yaranan problemləri həll etməyə malikdir və sosial sahədə 2009-cu ildə ciddi kataklizm müşahidə olunmayıb: «Azərbaycanın neftdən asılı olması heç də qüsur hesab olunmamalıdır. Əsas məsələ neftdən əldə olunan gəlirləri səmərəli istifadə etməkdir».

Cari ilin sonunadək dövlət büdcəsinin mədaxil hissəsinin təxminən 1,1 mlrd. manat kəsirlə icra olunacağını bildiriən iqtisadçı həmçinin qeyd edib ki, bu səbəbdən büdcə xərcləri də təxminən 1,1 mlrd. manatdan artıq azalacaq: «Gələn il isə dövlət büdcəsində proqnozlaşdırılan 1,2 mlrd. manatlıq kəsir olmaycacaq. Belə ki, dünya bazarında neftin qiyməti artmaq üzrədir, həmçinin dövlət büdcəsinin xərcləri azalacaq».

O.Haqverdiyev həmçinin bildirib ki, 2009-cu ildəki iqtisadi dinamika gələn il ərzində də davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR