Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn il üzvlük haqlarını artıra bilər

Azərbaycan Sığortaçılar Assosiasiyası gələn il üzvlük haqlarını artıra bilər
# 30 dekabr 2009 06:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) sığorta şirkətləri tərəfindən ödənilən üzvlük haqlarının məbləğinin artırılması məsələsi qurumun Müşahidə Şurasının gələn ilin yanvar ayında keçiriləcək iclasında müzakirə ediləcək. Bu barədə «APA-Economics»ə ASA-nın icraçı direktoru Qafar Məcidov məlumat verib.

Q.Məcidovun sözlərinə görə, iclasda gələn il ərzində assosiasiya tərəfindən Bakıda beynəlxalq sığorta forumunun keçirilməsi məsələləsi də müzakirə olunacaq.

Q.Məcidov bildirib ki, gələn il üçün ASA-nın əsas məqsədləridən biri dövlətin təmsilçisi olan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə sığorta şirkətləri arasında əsas vasitəçi statusuna nail olmaq, həmçinin ASA tərkibində yaradılan komitələrinin işinin maksimal effektivliyini təmin etməkdir. «Bu prioritet məsələlər ASA-nın strateji planında əksini tapıb», - deyə Q.Məcidov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR