Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını 4 mln. manata çatdırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını 4 mln. manata çatdırıb
# 30 dekabr 2009 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti nizamnamə kapitalını 4 dəfə artıraraq 4 mln. manata çatdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakı Fond Birjası tərəfindən keçirilmiş hərraclarda əlavə 3 mln. manatlıq səhmlər tam olaraq yerləşdirilib.

Xatırladaq ki, təsisçisi “Azərbaycan Sənaye Bankı” olan “Azərbaycan Sənaye Sığorta” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət “Capital Investment Insurance” (“CI Insurance”) brendi ilə tanınıb. Hazırda şirkət 25 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR