Bank Of Baku

Azərbaycanın «Silk Way» aviaşirkəti 10 mln. manatlıq istiqraz buraxıb

Azərbaycanın «Silk Way» aviaşirkəti 10 mln. manatlıq istiqraz buraxıb
# 30 dekabr 2009 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Silk Way» aviaşirkəti sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 min manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. İstiqrazlar qapalı yerləşdirmə üsulu satılacaq.

Qeyd edək ki, «Silk Way» şirkəti yük aviadaşımaları bazarında 2001-ci il oktyabr ayından fəaliyyət göstərir. Şirkət Dubay, Kiyev, Lüksemburq, Hyuston, Nyu-York, Dortmund, İstanbul, Urumçi, Moskva, Aktau, Tiflis, Bişkek və Bakı şəhərlərində ofisləri olan «Euro-Asian Group» şirkətlər şəbəkəsi ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR