Bank Of Baku

Azərbaycan fond bazarında listinq tariflərinə dəyişikliklər edilib

Azərbaycan fond bazarında listinq tariflərinə dəyişikliklər edilib
# 05 yanvar 2010 06:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) İdarə Heyətinin qərarına əsasən listinq tariflərinə bəzi dəyişikliklər edilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildən etibarən birjaya listinqlə bağlı müraciət edən emitentlərin sənədlərinin baxılması üçün birja tərəfindən müəyyən edilmiş haqqın ödənişi ləğv edilib. Digər qərarla isə müəyyən edilib ki, 2010-cu ildə qiymətli kağızlarını birjada listinqə daxil edən ilk 5 emitent listinqə qəbul edilmə üçün birdəfəlik rüsumun və listinqdə saxlanılma üçün illik xidmət rüsumunun 50%-dən, növbəti 5 emitent isə həmin ildə müvafiq rüsumların 30%-dən azad edilir.

Qeyd edək ki, Azərbaycanda 2009-cu ilin avqust ayından etibarən yeni listinq qaydaları qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR