Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəzinin yeni tarifləri güvvəyə minib

Azərbaycan Milli Depozit Mərkəzinin yeni tarifləri güvvəyə minib
# 05 yanvar 2010 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən etibarən Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) yeni xidmət tarifləri güvvəyə minib.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, MDM-in səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, 2010-cu ilin yanvar ayının 5-dən etibarən göstərilən xidmətlər üzrə yeni tarıflər tətbiq edilir. MDM-in göstərdiyi xidmətlər sırasına isə sənədli və sənədsiz formada, eləcə də dövlət özəlləşdirmə çekləri və opsionlar şəklində buraxılan qiymətli kağızlarlın saxlanması, qiymətli kağızların sahiblərinin reyestrinin aparılması, qiymətli kağızların özgəninkiləşdirilməsi yolu ilə bağlı olan əqdlərin qeydiyyatı, qiymətli kağızlarla mülkiyyət hüququnun rəsmiləşdirilməsi, qiymətli kağızların yüklülük faktlarının qeydiyyatı, həmçinin qiymətli kağızların konsolidasiya, konvertasiya və xırdalanması, eləcə də digər global əməliyyatların aparılması daxildir (www.mdm.az).

Qeyd edək ki, MDM 1997-ci ilin sentyabr ayının 18-də qapalı tipli səhmdar cəmiyyəti formasında fəaliyyətə başlayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 1999-cu ildə fəaliyyətə başlanmasından sonra həmin ilin sentyabr ayının 8-də MDM yenidən təsis olunub. Bu tarixdən etibarən MDM-in təsisçisi və bütün səhmlərinin mülkiyyətçisi kimi QKDK çıxış edir. MDM-in əsas fəaliyyəti depozitar və reyestrsaxlayıcı xidmətlərinin göstərilməsi, o cümlədən, qiymətli kağız sahiblərinin hüquqlarının uçotu və səhmdar cəmiyyətlərinin səhmdarlarının reyestrinin saxlanılması və aparılmasından ibarətdir.

MDM Avrasiya Mərkəzi Depozitarların Assosiyasiyasının həmtəsisçilərinin tərkibinə daxil olub və onun tamhüquqlu iştirakçısıdır, habelə Milli Nömrələyici Agentliyi seçilərək Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə global əməkdaşlıq haqqında saziş bağlayıb.

MDM-nin ümymi nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM-in xidmət göstərdiyi emitentlərin sayı 1200-ə yaxındır. Depo və subhesabların miqdarı fiziki şəxslər üzrə 100 minə yaxın, hüquqi şəxslər üzrə isə 340-dan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR