Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yeni emissiya prospekti qeydiyyatdan keçib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yeni emissiya prospekti qeydiyyatdan keçib
# 05 yanvar 2010 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz adlı təmin edilməmiş istiqrazlarının yeni emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazın hər birinin nominal dəyəri 1 000 manat, sayı 75 min ədəd, emissiyanın ümumi həcmi 75 mln. manat, gəlirlilik isə illik 3,25% təşkil edir. Birja mütəxəssislərinin fikrincə, AİF-in istiqrazlarının yerləşdirilməsinə yaxın gələcəkdə başlanacaq.

Xatırladaq ki, ötən ilin mayın 29-da QKDK tərəfindən AİF-in istiqrazlarının ilk emissiya prospekti qeydə alınıb. AİF-in istiqrazların ilkin yerləşdirilməsinə isə 2009-cu ilin iyunun 16-da başlanılıb və indiyədək 49 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR