Bank Of Baku

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır

«Əmrah Sığorta» nizamnamə kapitalını artırır
# 05 yanvar 2010 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Əmrah Sığorta» Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 5 min ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Əmrah Sığorta» ASC-nin artıq yanvar ayında səhmlərinin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 50% artaraq 3 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda 3 icbari və 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR