Bank Of Baku

«AtaSığorta» nizamnamə kapitalını artırır

«AtaSığorta» nizamnamə kapitalını artırır
# 05 yanvar 2010 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 100 min ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «AtaSığorta» ASC-nin artıq yanvar ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 4 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin hazırkı nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR