Bank Of Baku

«Qala Sığorta» şirkəti göstərdiyi xidmətlərin çeşidini genişləndirir

«Qala Sığorta» şirkəti göstərdiyi xidmətlərin çeşidini genişləndirir
# 05 yanvar 2010 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti bu il ərzində xidmətlərin çeşidini daha iki sığorta növü ilə genişləndirəcək.

Şirkfətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, mövcud sığorta xidmətləri çeşidinə «Səfər sığortası» və «Maliyyə risklərinin sığortası» növləri daxil ediləcək. «Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidməti tərəfindən yeni sığorta qaydaları hazırlanıb və bu qaydalar təsdiq edildikdən sonra şirkət yeni sığorta növləri ilə bağlı icazənin alınması üçün müvafiq quruma müraciət edəcək», - deyə A.Babayev bildirib.

Qeyd edək ki, hazırda şirkət 6 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR