Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə iqtisadiyyatın kreditləşməsini davam etdirəcək

Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə iqtisadiyyatın kreditləşməsini davam etdirəcək
# 05 yanvar 2010 07:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı 2010-cu ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının çevik ödənilməsini təmin edəcək. Bunun üçün iqtisadiyyata pul təklifinin məqbul səviyyəsi təmin ediləcək, sistem əhəmiyyətli banklar və real sektor müəssisələrinin fəaliyyətini stabilləşdirmək üçün pul siyasəti alətlərindən çevik istifadə olunacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankının «2010-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatı»nda deyilir. Sənədə əsasən, bu il real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində tədbirlər həyata keçiriləcək.

Mərkəzi Bankın hesablamalarına görə, ümumilikdə, dolayı və birbaşa alətlər hesabına iqtisadiyyata 2008-ci ilin oktyabrından təxminən 1,8 mlrd. manat həcmində likvidlik verilib. Likvidliyin verilməsi həm kreditləşmə, həm də dolayı dəstəklənmə tədbirləri nəticəsində baş verib. Kreditləşmə birbaşa banklara, mərkəzləşdirilmiş kredit bazarında əməliyyatlarla və Azərbaycan Dövlət Neft Şirkəti, «Azəralüminium» ASC kimi sistem əhəmiyyətli real sektor müəssisələrinə kreditlərin verilməsi vasitəsi ilə həyata keçirilib.

Dolayı tədbirlərin sırasında uçot dərəcəsinin 2008-ci ilin sonundan 15%-dən 2%-ə, məcburi ehtiyat normalarının isə 12%-dən 0,5%-ə endirilməsini qeyd etmək olar.

Mərkəzləşdirilmiş kredit bazarına gəldikdə, AMB tərəfindən yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi ötən ilin 10 ayı ərzində 5 dəfə artırılaraq 1 156,9 mln. manata çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR