Bank Of Baku

«Amrahbank» müştərilərə «SMS-xəbərdarlıq» xidməti göstərməyə başlayıb

«Amrahbank» müştərilərə «SMS-xəbərdarlıq» xidməti göstərməyə başlayıb
# 05 yanvar 2010 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) plastik kart sahibləri üçün «SMS-xəbərdarlıq» xidmətini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidməti «Azercell» və «Azerfon» mobil operatorlarının nömrələrində aktivləşdirmək mümkündür. Bu xidmət vasitəsilə bankın müştəriləri öz plastik kart hesablarında aparılan hər bir əməliyyat haqqında məlumatı (ödənişlər, əmək haqqı, kart hesabına qoyulan pul vəsaiti, pul köçürmələri və s.) SMS vasitəsilə alacaqlar.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 63,094 mln. manat, depozit portfeli 35,740 mln. manat, kredit portfeli 36,702 mln. manat, məcmu kapitalı 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 23 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR