Bank Of Baku

Avropa İttifaqı Gürcüstana 4,55 mln. avro yardım ayırıb

Avropa İttifaqı Gürcüstana 4,55 mln. avro yardım ayırıb
# 05 yanvar 2010 09:27 (UTC +04:00)
Bakı – APA-Economics. Avropa İttifaqı (Aİ) Gürcüstana maliyyə yardımının üçüncü tranşını ayırıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, dövlət maliyyə sistemində islahatlar aparılması üçün Aİ-nin Gürcüstana ayırdığı 15 mln. avroluq yardımın 4,55 mln. avro həcmində olan üçüncü tranşı 2009-cu il dekabrın sonunda ayrılıb.

Maliyyə yardımının 5 mln. avroluq birinci tranşı 2008-ci ilin fevralında, 4 mln. avroluq ikinci tranşı 2008-ci ilin dekabrında ayrılıb. Aİ ilə Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq sonda əlavə texniki yardım kimi 1 mln. avro da ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR