Bank Of Baku

Azərbaycanda dövlətin xətti ilə ayrılan ipoteka kreditlərinin ümumi həcmi 152 mln. manata çatıb

Azərbaycanda dövlətin xətti ilə ayrılan ipoteka kreditlərinin ümumi həcmi 152 mln. manata çatıb
# 05 yanvar 2010 14:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) 2009-cu ilin iyun-dekabr ayları ərzində 1 800 vətəndaşa ümumilikdə 76 mln. manatdan artıq ipoteka krediti verib.
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin ikinci yarısında (kreditləşmə 01.06.2009-cu ildə bərpa olunub) verilmiş ipoteka kreditlərinin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 mln. manat) çox olub. Təkcə 2009-cu ilin dekabr ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 9 mln. manat təşkil edib.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 152 mln. manata çatıb. Nəticədə, 3 800-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.
Qeyd edək ki, cari ildə də əhalinin ipoteka kreditlərinə olan tələbatının ödənilməsi istiqamətində mövcud dinamikanın qorunması planlaşdırılır.
Xatırladaq ki, ölkədə ipoteka kreditləşməsini davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsindən 35 mln. manat həcmində vəsait ayrılıb. Bu il isə dövlət büdcəsindən AİF-ə 14 mln. manatın ayrılması planlaşdırılır. Bununla yanaşı, AİF 75 mln. manat həcmində istiqrazların emissiya prospektini dövlət qeydiyyatından keçirib, bu isə ötən il üçün qeydiyyatdan keçirilən emissiyadan 20 mln. manatdan çoxdur (faktiki yerləşdirmə 49 mln. manat olub).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR