BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 47,32% genişlənib. Korporativ istiqrazların ilkin bazarı 63,49%, təkrar bazarı isə 4 dəfədən çox artıb. Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 2008-ci il ilə müqayisədə 2,28 dəfə artıb. Səhmlərin ilkin bazarı isə 13,17% genişlənib.
Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın seqmentləri | yanvar-dekabr, 2009 | yanvar-dekabr, 2008 | Nisbət | ||
Əqdlərin | Əqdlərin | Əqdlərin həcmi, AZN | Əqdlərin | ||
Korporativ istiqrazlar | 53 176 178,09 | 75 | 32 435 946,50 | 46 | 63,94 |
Korporativ istiqrazlar (təkrar bazar) | 61 664 701,82 | 54 | 15 348 123,47 | 105 | 4 dəfə |
Kİ bazarı cəmi | 114 840 879,91 | 129 | 47 784 069,97 | 151 | 2,4 dəfə |
Səhmlər (yerləşdirmə) | 196 648 619,40 | 2 998 | 173 765 685,36 | 1 170 | 13,17 |
Səhmlər | 41 929 959,09 | 2 937 | 18 353 425,20 | 602 | 2,28 dəfə |
Səhm bazarı cəmi | 238 578 578,49 | 5 935 | 192 119 110,56 | 1 772 | 24,18 |
KQK bazarı cəmi | 353 419 458,40 | 6 064 | 239 903 180,53 | 1 923,00 | 47,32 |
Bundan başqa, cari ilin yanvar-dekabr aylarında birja fəallığının artımı dövlət istiqrazlarının (Dİ) ilkin və təkrar bazarında müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazlarının ilkin bazarının həcmi 1,68 dəfə, təkrar bazarın həcmi isə 1,23 dəfə artıb.
Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
Bazarın seqmentləri | yanvar-dekabr, 2009 | yanvar-dekabr, 2008 | Nisbət | ||
Əqdlərin | Əqdlərin | Əqdlərin | Əqdlərin | ||
Dİ (AR MN) (yerləşdirmə) | 503 008 269,17 | 266 | 298 626 604,98 | 236 | 68,44 |
Dİ (AR MN) | 158 078 888,58 | 92 | 128 214 607,04 | 96 | 23,29 |
Dİ bazarı cəmi | 661 087 157,75 | 358 | 426 841 212,02 | 332 | 54,88 |
Notlar (AR MB) (yerləşdirmə) | 287 222 305,53 | 184 | 1 638 204 995,40 | 742 | -5,7 dəfə |
Notlar (AR MB) | 67 504 812,02 | 39 | 453 488 278,62 | 359 | -6,7 dəfə |
Not bazarı cəmi | 354 727 117,55 | 223 | 2 091 693 274,02 | 1 101 | -5,9 dəfə |
Repo əməliyyatları | 1 954 081 529,69 | 740 | 6 761 134 544,68 | 1 767 | -3,4 dəfə |
DQK bazarı cəmi | 2 969 895 804,99 | 1 321 | 9 279 669 030,72 | 3 200 | -3,1 dəfə |
Dİ – dövlət istiqrazları;
AR MN – Azərbaycan Respublikası Maliyyə Nazirliyi;
AR MB – Azərbaycan Respublikası Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.