Bank Of Baku

«Kredo Bank» bu il ərzində «MasterCard» sisteminə qoşulacaq

«Kredo Bank» bu il ərzində «MasterCard» sisteminə qoşulacaq
# 06 yanvar 2010 06:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC bu il ərzində «MasterCard» beynəlxalq ödəniş sisteminə qoşulmaq niyyətindədir. Bankın İdarə Heyətinin sədri Barat Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq sertifikatlaşma üçün tələb olunan bütün sənədlər bank tərəfindən beynəlxalq təşkilata təqdim edilib və hazırda «MasterCard» tərəfindən araşdırılır.

B.Piriyevin sözlərinə görə, bank 2008-ci ildən «Visa İnternational» sistemi ilə əməkdaşlıq edir və «Kredo Bank» 2010-cu ildə bu sistemə aid daha 3 min kart buraxmağı planlaşdırır.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» ASC 1994-cü ildə yaradılıb. Bankın respublika üzrə 14 filialı, 6 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR