Bank Of Baku

«Azərqarant Sığorta» şirkəti gəmilərin sığortasına başlayıb

«Azərqarant Sığorta» şirkəti gəmilərin sığortasına başlayıb
# 06 yanvar 2010 07:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərqarant Sığorta» şirkəti göstərdiyi xidmətlər çeşidinə «Gəmi sığortası» növünü əlavə edib. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, artıq bu sığorta növü üzrə 4 mln. manat həcmində iki gəminin sığortalanmasına dair müqavilə imzalanıb. Sığorta məbləği hər biri üçün 2 mln. manat təşkil edən gəmilərin biri sərnişin, digəri isə yüklərin daşınması üçün nəzərdə tutulub.

Qeyd edək ki, şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR