Bank Of Baku

Almaniyada 20 mln.-dan artıq bank kartının istifadəsində problem yaranıb

Almaniyada 20 mln.-dan artıq bank kartının istifadəsində problem yaranıb
# 06 yanvar 2010 07:31 (UTC +04:00)
Bakı – APA-Economics. Yeni il gecəsi Almaniyanın 20 mln.-dan artıq sakini öz bank kartlarından istifadə edə bilməyib.

APA-Economics”in məlumatına görə, ZKA Bank Assosiasiyasından bildirilib ki, bu, kompüter sistemində yaranmış problemlə bağlı olub. Nəticədə müxtəlif banklar tərəfindən verilmiş 2 mln. debet və 3,5 mln. kredit kartlarından istifadə etmək mümkün olmayıb. Kart sahibləri öz hesablarından nağd pul çıxara, mal və xidmətlərin dəyərini ödəyə bilməyiblər.

Problem “Postbank” və “Commerzbank” kimi nəhəngləri də əhatə edib. “Deutsche Bank”dan isə bildirilib ki, onların müştəriləri yeni ildə heç bir çətinliklə qarşılaşmayıblar.

Hazırda proqram təminatı mütəxəssisləri kompüter sistemində yaranmış problemi aradan qaldırmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR