Bank Of Baku

«EraTrans» sığorta şirkəti yeni baş ofisə köçüb

«EraTrans» sığorta şirkəti yeni baş ofisə köçüb
# 06 yanvar 2010 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «EraTrans» sığorta şirkəti yeni baş ofisə köçüb. Bunu «APA-Economics»ə şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayev bildirib.

Q.Abdullayevin sözlərinə görə, şirkətin öz vəsaiti hesabına alınan yeni ofis Bakının Əhməd Cavad küçəsi 1, mənzil 28, 29 ünvanında yerləşir.

Qeyd edək ki, şirkət əvvəllər paytaxtın Plotnikov küçəsi 21 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkət 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR