Bank Of Baku

Moldova Rusiyadan 150 mln. dollar həcmində kredit istəyir

Moldova Rusiyadan 150 mln. dollar həcmində kredit istəyir
# 06 yanvar 2010 09:13 (UTC +04:00)
Bakı – APA-Economics. Moldova bu il yanvar ayının sonuna qədər Rusiyadan 150 mln. dollar həcmində kredit almaq istəyir.

APA-Economics”in məlumatına görə, bu barədə Moldovanın baş naziri Vladimir Filat ölkə televiziyası ilə çıxışında bildirib.

Baş nazir qeyd edib ki, sözügedən məsələ Rusiya baş nazirinin müavini İqor Şuvalovun yanvarın sonunda Moldovaya səfəri zamanı müzakirə olunacaq. O, Rusiyanın Moldovaya kredit verəcəyinə ümidvar olduğunu vurğulayıb.

İlkin məlumatlara görə, Rusiya Moldovaya ilk beşillik güzəştli dövrlə 15 il müddətinə 150 mln. dollar kredit ayırmağa hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR