Bank Of Baku

Azərbaycanda bank aktivləri son bir ildə 13% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 13% artıb
# 06 yanvar 2010 11:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri 2009-cu ilin dekabr ayının 1-nə 11 159 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 254,5 mln. manat və ya 12,7% çoxdur. Eyni zamanda, bank aktivlərinin həcmi 2009-cu ilin əvvəlindən 885,5 mln. manat və ya 8,6%, noyabr ayında isə 138,6 mln. manat və ya 1,3% artıb.

Məlum olduğu kimi, 2009-cu ilin yanvarında Azərbaycanda bank aktivlərinin azalması müşahidə olunub və bu azalma üç ay davam edib. Həmin müddət ərzində azalmanın ümumi həcmi 1 458,5 mln. manata bərabər olub ki, bu da yuxarıda qeyd olunan 11-aylıq artımdan təxminən 1,6 dəfə çoxdur. Beləliklə, dünya maliyyə böhranı nəticəsində bir sıra xarici və daxili amillərin təsiri altında 2009-cu ilin ilk rübü ərzində baş verən bank aktivlərinin azalması bank sisteminin yekun göstəricilərinə ciddi zərbə vurub.

Eyni zamanda qeyd olunmalıdır ki, kəskin azalmadan sonra, aprelin 1-dən dekabrın 1-dək aktivlərin artımı 2,344 mlrd. manat təşkil edib. Bu da öz növbəsində Azərbaycanın bank sisteminin böhran vəziyyətindən çıxaraq tezliklə əvvəlki artım tendensiyasını bərpa etmək qabiliyyətində olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR