Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin artımı davam edir

Azərbaycanda əhalinin bank əmanətlərinin artımı davam edir
# 06 yanvar 2010 12:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu ilin noyabr ayında 126,1 mln. manat və ya 5,9% artaraq dekabrın 1-nə 2 251,7 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 443,7 mln. manat və ya 25,4%, 2009-cu ilin əvvəlindən isə 348 mln. manat və ya 18,3% artıb.

Qeyd edək ki, bank sisteminin digər əsas göstəriciləri kimi əmanətlər üzrə də dinamika ilin ilk rübündə azalma nümayiş etdirib, sonrakı dövrdə isə tədricən artıb. Belə ki, 2009-cu ilin yanvar-mart ayları ərzində əhalinin əmanətləri 131 mln. manat və ya 6,9% azalıb, aprel-noyabr ayları ərzində isə 479 mln. manat və ya 27% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR