Bank Of Baku

«DəmirBank»ın «Yubiley» uduş kampaniyasının üçüncü tirajı keçirilib

«DəmirBank»ın «Yubiley» uduş kampaniyasının üçüncü tirajı keçirilib
# 06 yanvar 2010 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbacanın «DəmirBank» ASC 20 illiyi ilə bağlı əmanətçilər arasında əsas hədiyyəsi «Toyota RAV4» avtomobili olan «Yubiley» adlı uduş kampaniyasının üçüncü tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu tirajda 7 günə iki nəfərlik Milana (İtaliya) səyahətin və 4 rəqəmsal videokameranın qalibləri müəyyən olunub.

Xatırladaq ki, əsas hədiyyəsi «Toyota RAV4» avtomobili olan «Yubiley» kampaniyasının digər hədiyyələri 7 günə iki nəfərlik xaricə səyahətlər (Praqa, Vyana, Milan, Paris) və 15 rəqəmsal videokameradan ibarətdir. Kampaniyanın 4-cü tirajı bu ilin fevral ayının 1-də keçiriləcək.

Kampaniyada «DəmirBank»da ən azı 1000 manat (dollar, avro və funt sterlinq) məbləğində və ən azı 12 ay müddətində olan əhalinin bütün əmanətləri iştirak edir («Sarı» əmanəti istisna olmaqla). Əmanətin hər 1000 manatı hədiyyənin uduşu zamanı 1 şansa bərabərdir.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR