Bank Of Baku

«Azərnəqliyyatbank» «Mobile banking» və «İnternet banking» sistemlərinin tətbiqinə başlayır

«Azərnəqliyyatbank» «Mobile banking» və «İnternet banking» sistemlərinin tətbiqinə başlayır
# 06 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» ASC 2009-cu il ərzində 20 bankomat quraşdırıb, həmçinin 16 800 plastik kart emissiya edib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə bildirilib ki, kartların sayına görə bank respublikada fəaliyyət göstərən banklar sırasında 11-ci, «MilliKart» Prosesinq Mərkəzinə daxil olan banklar sırasında isə 4-cü yeri tutur.
«Ötən maliyyə ili bankın fəaliyyət tarixində ən aparıcı illərdən biri olub. Bankda «Bank kartları» şöbəsi fəaliyyətə başlayıb. Bu müddət ərzində «Azərnəqliyyatbank» loqotipli ilk bank kartı emissiya edilib, həmçinin ilk bankomat və ilk POS-terminal qoşulub. POS-terminal vasitəsi ilə bankın xəzinəsindən nağd pulun verilməsi mümkün olub. Bankomatların sayına görə «Azərnəqliyyatbank» respublikada 19-cu, «MilliKart» Prosesinq Mərkəzinə üzv olan banklar sırasında isə 7-ci pilləni tutub», - deyə bankdan bildirilib.
Ötən il ərzində həmçinin «DəmirBank»la sponsorluq müqaviləsi bağlanıb. Müqaviləyə uyğun olaraq, «DəmirBank» «Azərnəqliyyatbank» ASC-nin maraqlarını təmsil edir və VİSA Beynəlxalq Ödəniş Sistemi ilə bütün hesablaşmaları aparır. VİSA sisteminə daxil olma prosesi tam başa çatıb və sənədlər tam şəkildə hazırlanıb. Bu günə «Azərnəqliyyatbank» VİSA-nın assosiativ üzvüdür.
Bankdan bildirib ki, çiplərin sertifikasiyası və kartların dizayn işləri ilə əlaqədar işlərə başlanılıb. Bank üçün 4 (dörd) «BİN» (Electron, Classic, Gold və Platinium) açılıb. Ötən il ərzində «MilliKart» Prosesinq Mərkəzi ilə bağlanmış müqaviləyə əsasən, Azərbaycan Mərkəzi Bankının KÖMİS sistemi üzrə bankomat vasitəsi ilə komunal xidmətlərin ödənilməsi mümkün olub.
Bundan başqa, İT Departamenti və «Smart Systems Technologies» şirkəti ilə birlikdə GPRS sisteminin vasitəsi ilə Azərbaycanda ilk dəfə olaraq bankomat quraşdırılıb. Bu sisteminin köməyi ilə bankomatların yerləşdirilməsindən asılı olmayaraq qoşulmasını imkan verir. Bu günə bu sistemə 5 bankomat qoşulub ki, bunlar Sumqayıt, Şirvan, Göranboy, Gədəbəy və Göy-Göldə yerləşir. Hazırda «Mobile banking» və «İnternet banking» sistemlərinin tətbiqi üçün işlər aparılır. Həmçinin, Türkiyə və Belarus şirkətləri ilə görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR