Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,2% artıb

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,2% artıb
# 06 yanvar 2010 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,2% azalıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8026 AZN-dən 0,8043 AZN-dək bahalaşıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi dekabr ayında 0,8036 AZN-ə bərabər olub. Halbuki, 2009-cu ilin noyabr ayında bu göstərici 0,8022 AZN təşkil edib.

Xatırladaq ki, ötən ilin dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 23 bankın iştirakı ilə 135,272 mln. manat və ya 168,327 mln. dollar həcmində 79 alqı-satqı əqdi qeydə alınıb. Bu isə noyabr ayı ilə müqayisədə 26,32% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR