Bank Of Baku

Ötən il BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 10% azalıb

Ötən il BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 10% azalıb
# 07 yanvar 2010 06:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 482 ticarət sessiyasında 36 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində valyuta bölməsində keçirilən elektron əməliyyatların ümumi həcmi 1,849 mlrd. manat təşkil edib. Bu isə 2008-ci illə müqayisədə 202 mln. manat və ya 9,8% azdır.

Hesabat ilində həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə 990 əqd qeydə alınıb, hər əqdin ortaölçülü həcmi isə 2,293 mln. dollar təşkil edib. Ümumiyyətlə, USD/AZN üzrə dövriyyənin ümumi həcmi 1,826 mlrd. manat (2,270 mlrd. dollar) təşkil edib ki, bu da 2008-ci illə mqüayisədə 9,7% azdır.

Ötən il EUR/AZN aləti üzrə isə qeydə alınan əqdlərin həcmi 23,662 mln. manat (20,448 avro) təşkil edib və 2008-ci illə müqayisədə sözügedən alət üzrə bağlanılan əqdldərin həcmi 14,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR