Bank Of Baku

«Azərqarant Sığorta» şirkətinin daxilolmaları ötən il 43% azalıb

«Azərqarant Sığorta» şirkətinin daxilolmaları ötən il 43% azalıb
# 07 yanvar 2010 06:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant Sığorta» şirkətinin 2009-cu il ərizndə topladığı sığorta haqlarının həcmi 600 min manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 43,4% azdır.

Şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə veridiyi məlumata görə, bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişləri 2008-ci illə müqayisədə 23,1% azalaraq 100 min manat olub.

Toplanan sığorta haqlarının çox hissəsi «Fərdi qəza sığortası», «Avtomobillərin sığortası» və «Əmlak sığortası» növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi 70% təşkil edib.

Şirkətin sığorta ödənişlərinə toxunan Ş.Hüseynov ötən il ərzində daha çox vəsaitin «Avtomobillərin sığortası» növü üzrə ödənildiyini qeyd edib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR