Bank Of Baku

Azərbaycanda kredit qoyuluşlarının həcmi son bir ildə 18% artıb

Azərbaycanda kredit qoyuluşlarının həcmi son bir ildə 18% artıb
# 07 yanvar 2010 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2009-cu ilin dekabrın 1-nə 8 064,6 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 209,1 mln. manat və ya 17,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin əvvəlindən bu göstərici 901,4 mln. manat və ya 12,6%, o cümlədən noyabrda kredit qoyuluşlarının həcmi 100,9 mln. manat və ya 1,3% artıb.

Dekabrın 1-nə məcmu kredit qoyuluşlarının 2,2%-i qeyri-bank kredit təşkilatlarının payına düşür. Qeyd edək ki, son dir ildə qeyri-bank kredit təşkilatlarının xüsusi çəkisi 0,4 faiz bəndi azalıb.

Kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə strukturunda əsas hissə ev təsərrüfatlarına (istehlak kreditləri) və ticarət və xidmət sektorunun payına düşür. Belə ki, ev təsərrüfatlarının ümumi kredit portfeldə xüusi çəkisi 28,8%, ticarət və xidmət sektorunun payı isə 22,8% təşkil edib. İstehlak kreditlərinin xüsusi çəkisi son bir ildə 5,5 faiz bəndi, ticarət və xidmət sektorunun xüsusi çəkisi isə 2,2 faiz bəndi azalıb. Yəni, real iqtisadiyyata birbaşa bağlı olmayan sahələrin xüsusi çəkiləri tədricən azalmaqdadır və əvəzində real iqtisadiyyata, o cümlədən istehsala aid olan sektorlara kredit qoyuluşlarının həcmləri və xüsusi çəkisi artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR