Bank Of Baku

Azərbaycan hökuməti büdcədən maliyyələşən təşkilatların işçilərinin aylıq vəzifə maaşları haqqında qərarına dəyişiklik edib

Azərbaycan hökuməti büdcədən maliyyələşən təşkilatların işçilərinin aylıq vəzifə maaşları haqqında qərarına dəyişiklik edib
# 07 yanvar 2010 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında» qərarında dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetindən sözügedən qərarın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun strukturunun təkmilləşdirilməsi məqsədi ilə qəbul edildiyi bildirilir. Dəyişikliklə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin aylıq vəzifə maaşlarının sxemindən «mühəndis proqramlaşdırıcı, tərcüməçi» sözləri çıxarılıb. Bununla da Dövlət Komissiyasının İşçi Qrupunda çalışan 5 nəfər dövlət büdcəsindən əməkhaqqı alacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ilin sentyabr ayında qəbul etdiyi qərarla İşçi Qrupunun rəhbəri (625 manat), İşçi Qrupunun rəhbərinin müavini (438 manat), böyük referent (375 manat), referent (313 manat) və baş mühasib (244 manat) maaş alır. Buna qədər İşçi Qrupunda çalışan mühəndis proqramlaşdırıcı və tərcüməçilər üçün 188 manat məvacib nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR