Bank Of Baku

Azərbaycandakı bankların xarici aktivləri azalıb, öhdəlikləri isə artıb

Azərbaycandakı bankların xarici aktivləri azalıb, öhdəlikləri isə artıb
# 07 yanvar 2010 10:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici aktivlərinin həcmi 2009-cu ilin dekabr ayının 1-nə 1 140,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57,9 mln. manat və ya 4,8% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2009-cu ilin əvvəlindən 39,2 mln. manat və ya 3,3%, noyabrda isə 41,7 mln. manat və ya 3,5% azalıb.

Eyni zamanda, bankların xarici öhdəliklərinin həcmi 2009-cu ilin dekabrın 1-nə 1 828,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 216,2 mln. manat və ya 10,6% azdır. Bu göstərici ilin əvvəlindən 220 mln. manat və ya 10,7% azalıb, noyabrda isə 24,9 mln. manat və ya 1,4% artıb. Xatırladaq ki, Azərbaycanın kommersiya banklarının xarici öhdəliklərinin maksimal həddi 2008-ci ilin noyabrın 1-də müşahidə olunub və 2 155,2 mln. manat təşkil edib.

Beləliklə, Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 688 mln. manat və 1,6 dəfə üstələyir. Müqayisə üçün bildirək ki, 2009-cu ilin əvvəlində bu nisbət 868,8 mln. manat və ya 1,7 dəfə təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR