Bank Of Baku

«Parabank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Parabank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 07 yanvar 2010 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bu gündən etibarən Bakı Fond Birjası (BFB) vasitəsi ilə imtiyazlı sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlayıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7,5 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

«Parabank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Standard Capital» şirkəti çıxış edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə keçirilir və proses uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 14,9% artaraq 11,570 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivləri 74,457 mln. manat, depozit portfeli 46,916 mln. manat, kredit portfeli 47,901 mln. manat, məcmu kapitalı 11,750 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 15 filialı, 10 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR