Bank Of Baku

«Bank Nikoil» və «VIP Club Concierge-Azerbaijan» əməkdaşlıq müqaviləsi bağlayıb

«Bank Nikoil» və «VIP Club Concierge-Azerbaijan» əməkdaşlıq müqaviləsi bağlayıb
# 07 yanvar 2010 12:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank Nikoil» ASC-nin «Nikoil Private Banking» bölməsi VIP müştərilərə göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə «VIP Club Concierge-Azerbaijan» şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Bankın Bakıda yerləşən baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın VIP müştərilərinə konsyerj xidmətlərinin (fərdi katib) göstərilməsini əhatə edən müqavilə «Lifestyle Management» seqmentində yeni xidmətin təqdim edilməsi çərçivəsində bağlanılıb.

Xidmətə qoşulan müştərilərə «Gold Card» üzvlük kartı veriləcək və bunun vasitəsi ilə həftədə 7 gün, 24 saat ərzində kart sahibinin bütün sorğuları fərdi katib tərəfindən icra olunacaq.

Bankın məlumatına görə, «VIP Club Concierge-Azerbaijan» Beynəlxalq Konsyerj Şirkətləri Assosiasiyası tərəfindən Azərbaycanda tanınmış yeganə şirkətdir və bu növ xidmətlər bazarının lideridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR