Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 5 müştəriyə ümumi dəyəri 30 343 673,72 manat olan broker xidmətləri göstərib. İkinci yeri 5 müştəriyə ümumilikdə 9 841 291,33 manatlıq broker xidmətləri göstərmiş «BoB-Broker» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən təxminən 3 dəfə azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 7 968 782,08 manatla «Brokdil-Az» qərarlaşıb.
Qeyd edək ki, dekabr ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, noyabr ayında göstərilmiş broker xidmətlərin maksimal məbləği 16 278 616,54 manat təşkil edib.
2009-cu il dekabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinq
Mövqe (dekabr) | Mövqe (noyabr) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatlarının həcmi (AZN) |
1 | 1 | Caspian Financial | 14 | 5 | 30 343 673,72 |
2 | 2 | BoB Broker | 6 | 5 | 9 841 291,33 |
3 | 3 | Brokdil-Az | 4 | 1 | 7 968 782,08 |
4 | 6 | Unicapital | 6 | 3 | 6 043 198,88 |
5 | 5 | Texnika Capital Management | 4 | 3 | 3 966 807,62 |
6 | 2 | YapiKredi İnvest | 1 | 1 | 2 000 598,60 |
7 | - | Capital Partners | 1 | 1 | 1 598 162,06 |
8 | - | Chelsea Capital | 1 | 1 | 159 200,00 |