Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-noyabr aylarında 5 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvar-noyabr aylarında 5 dəfə azalıb
# 07 yanvar 2010 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda dünyanın 137 ölkəsi ilə 18,6 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparılıb ki, 2008-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 2,9 dəfə azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 13,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,4 mlrd. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 7,8 mlrd. dollarlıq müsbət saldo yaranıb. Hesabat dövründə 2008-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ixracın həcmi 3,6 dəfə, idxalın həcmi 17%, müsbət saldo isə 5,2 dəfə azalıb.

Ötən ilin yanvar-noyabr ayları ərzində ixrac-idxal əməliyyatlarının 53,3%-i Avropa, 31,9%-i Asiya, 13,5%-i Amerika, 1,2%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb.

Xarici ticarət əməliyyatlarının 19,1%-i İtaliya, 9,8%-i ABŞ, 8,9%-i Rusiya, 6,5%-i Fransa, 5,8%-i İsrail, 4,8%-i Türkiyə, 3,7%-i Tayvan (Çinin əyaləti), 3,2%-i Ukrayna, 3,2%-i Almaniya, 2,9%-i Çin, 2,8%-i Kanada, 2,7%-i İndoneziya, 2,4%-i Böyük Britaniya, 2,3%-i Malayziya, 2,2%-i Gürcüstan, qalan 19,7%-i digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR