Bank Of Baku

«Azərnəqliyyatbank» ötən il müddətli depozitlərin həcmini iki dəfə artırıb

«Azərnəqliyyatbank» ötən il müddətli depozitlərin həcmini iki dəfə artırıb
# 07 yanvar 2010 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» ASC-nin ümumi aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 71,317 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 39,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 43,3% artaraq 20,526 mln. manata, depozit portfeli isə 12,6% genişlənərək 44,224 mln. manata, o cümlədən müddətli əmanətləri təxminən iki dəfə artaraq 12,465 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,2 dəfə artaraq 26,525 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,3 dəfə artaraq 25,215 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın əldə etdiyi mənfəətin həcmi 4,7 dəfə artaraq 773 min manata çatıb.

Xatırladaq ki, «Azərnəqliyyatbank» ASC 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 8 filialı, 20 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR