Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət ümumi dəyəri 308 936 779,70 manat olan broker xidmətləri göstərib. İkinci yeri ümumi həcmi 151 035 214,80 manat olan broker xidmətləri göstərmiş «Brokdil-Az» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 2 dəfə azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 146 063 271,60 manatla «Standard Capital» şirkəti qərarlaşıb.
Qeyd edək ki, 2009-cu ildə BFB-da dövlət qiymətli kağızlar sektorunda 12 broker şirkəti xidmət göstərib və onlardan biri - «Azerintertrade» MMC sahibini dəyişdirdikdən sonra adı «Chelsea Capital» MMC ilə əvəz olunub.
2009-cu il üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinq
Mövqe | Mövqe | Brokerlər | Xidmətlərin həcmi, 2009-cu il | Xidmətlərin həcmi, 2008-ci il |
1 | 2 | Unicapital | 308 936 779,70 | 362 186 468,00 |
2 | 9 | Brokdil-Az | 151 035 214,80 | 84 919 938,66 |
3 | 1 | Standard Capital | 146 063 271,60 | 875 713 916,70 |
4 | 4 | YapiKredi İnvest | 115 314 808,80 | 235 320 908,30 |
5 | 6 | BoB Broker | 110 119 726,40 | 217 413 131,30 |
6 | - | Caspian Financial | 88 413 182,25 | 0,00 |
7 | 3 | Respublika İnvest | 83 340 518,97 | 337 107 962,90 |
8 | 8 | Texnika Capital Management | 58 673 732,86 | 193 327 493,90 |
9 | 5 | Azerintertrade | 25 065 707,64 | 225 735 266,20 |
10 | - | Chelsea Capital | 25 055 280,56 | 0,00 |
11 | 11 | Capital Partners | 6 615 567,60 | 28 140 779,52 |
12 | 10 | ADB-Broker | 2 123 888,64 | 24 869 465,22 |
- | 7 | International Transaction System | 0,00 | 199 484 834,60 |