Bank Of Baku

Azərbaycan əhalisi nağd dolların alışını artırıb

Azərbaycan əhalisi nağd dolların alışını artırıb
# 08 yanvar 2010 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2009-cu ilin noyabr ayında kommersiya banklarına satılan nağd ABŞ dollarının həcmi 109 206 500 dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 6,4% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alış həcmi isə noyabrda 405 544 700 dollara bərabər olub ki, bu da oktyabrın göstəricisindən 5,5% çoxdur.

Ötən ilin noyabrında əhali tərəfindən 99 693 400 dollar məbləğində satış və 507 441 400 dollar məbləğində alış əməliyyatları həyata keçirilib.

Ümumilikdə, yanvar-noyabr aylarında əhali 1 251 664 300 dollar həcmində satış, 5 265 387 500 dollar həcmində isə alış əməliyyatı həyata keçirib ki, bu göstəricilər də əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8% az və 22,7% çoxdur.

Beləliklə, Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışın həcmini 4,2 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR