Bank Of Baku

Apreldə AKİA-nın illik toplantısı keçiriləcək

Apreldə AKİA-nın illik toplantısı keçiriləcək
# 08 yanvar 2010 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) bu ilin aprel ayında növbəti illik toplantısını keçirəcək. Bunu «APA-Economics»ə AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda 2009-cu ilin maliyyə yekunları, kredit iitifaqları sahəsində görülmüş işlər və gələcək perspektivlər müzakirə olunacaq.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR