Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı 2009-cu ilin 11 ayı ərzində 8,3% azalaraq, noyabrda 3,5%, son bir ildə isə 1,1% artaraq 5 575,6 mln. manata çatıb:
(mln. manat)
| 01.12.2008 | 01.01.2009 | 01.11.2009 | 01.12.2009 |
M0 (nağd pullar) |
3 668,5 |
4 145,7 |
3 670,3 |
3 805,7 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
4 593,7 |
5 145,0 |
4 539,0 |
4 706,6 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
5 512,8 |
6 081,0 |
5 388,5 |
5 575,6 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
7 718,7 |
8 494,2 |
7 675,6 |
7 904,9 |
Göründüyü kimi, ötən ilin dekabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisinin göstəricisi 68,3% təşkil edib ki, bu da ilin əvvəlində olan göstəricidən 0,1 faiz bəndi azdır.