Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artıb
# 08 yanvar 2010 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin tərkibində olan vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin dekabrın 1-nə 272,9 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 2,1%-dən 3,4%-dək yüksəlib.

Eyni zamanda qeyd edilməlidir ki, noyabrda kreditlərin ümumi həcminin 100,9 mln. manat və ya 1,3% artması fonunda vaxtı keçmiş kreditlərin həcmi 17,1 mln. manat və ya 6,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR