Bank Of Baku

Azərbaycan banklarının mənfəəti son bir ildə 10%-dək artıb

Azərbaycan banklarının mənfəəti son bir ildə 10%-dək artıb
# 08 yanvar 2010 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar-noyabr ayları ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 264,23 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü lə müqayisədə bu göstərici 22,84 mln. manat və ya 9,5% artıb.

Ötən ilin ilk 11 ayın yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (121,57 mln. manat) nəzərə alınmaqla, bankların məcmu mənfəətinin həcmi 385,8 mln. manata bərabər olub ki, bu da əvvəlki ilin yanvar-noyabr göstəricisi ilə müqayisədə 52,1 mln. manat və ya 11,9% azdır. Bunun əsas səbəbi həmin dövr ərzində bankların müvafiq ayırmalarının son bir ildə 1,6 dəfə azalması ilə bağlı olub.

Yanvar-noyabr ayları ərzində bankların faiz gəlirləri 950,34 mln. manat, faiz xərcləri 421 mln. manat təşkil edib, nəticədə xalis faiz mənfəəti 529,34 mln. manat olub. Bundan əlavə, bankların qeyri-faiz gəliri 216,87 mln. manat, qeyri-faiz xərcləri isə 359,87 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 143 mln. manat məbləğində xalis zərər yaranıb.

Beləliklə, bankların qeyri-faiz əməliyyatları üzrə hələ də zərərlə işləməsi müşahidə olunur ki, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini təxminən 1,7 dəfə üstələyir. Maraqlıdır ki, 2008-ci ilin 11 ayı ilə müqayisədə bankların qeyri-faiz gəlirləri 23,6% azalıb, qeyri-faiz xərcləri isə 0,6% artıb. Nəticədə, bankların qeyri-faiz əməliyyatları üzrə üzləşdiyi zərər il ərzində 1,9 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR