Bank Of Baku

«Əmrah Sığorta» şirkəti ötən il sığorta ödənişlərini 7% artırıb

«Əmrah Sığorta» şirkəti ötən il sığorta ödənişlərini 7% artırıb
# 08 yanvar 2010 11:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrah Sığorta» şirkəti 2009-cu il ərzində topladığı sığorta haqlarının həcmi 260,865 min manat təşkil edib ki, bu da 2008-ci ilin yekun göstəricilərinə nisbətən 53,4% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 7% artaraq 128,370 min manat olub.

Bu müddət ərzində şirkət könüllü sığorta növləri üzrə 245,845 min manat, icbari sığorta növləri üzrə 15,020 min manat həcmidə sığorta haqqı toplayıb.

Sığorta haqlarının strukturunda 187,178 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 53,680 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 12,532 min manat «Yanğından icbari sığorta», 3,921 min manat «Yüklərin (nəqliyyat) sığortası», 2,478 min manat «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və 1,067 min manat «Fərdi qəza və xəstəlik sığortası» növünün payına düşüb.

Qeyd edək ki, ötən il ərzində şirkət tərəfindən yalnız «Avtonəqliyyat vasitələrinin sığortası» (128,370 min manat) növü üzrə ödəniş həyata keçirilib.

Xatırladaq ki, təsisçisi 2 yerli fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR