Bank Of Baku

Yanvarın 11-də Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək

Yanvarın 11-də Azərbaycan dövlət ipoteka istiqrazlarının növbəti yerləşdirilməsi keçiriləcək
# 08 yanvar 2010 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 11-də Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,2417% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in istiqrazlarının ilk emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. AİF-in istiqrazların ilkin yerləşdirilməsinə isə iyunun 16-da başlanılıb və bu günə kimi 49 mln. manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə illik 3% təşkil edir.
Bu yaxınlarda isə AİF-in daha 75 mln. manatlıq istiqrazların buraxılmasına dair emissiya prospekti (gəlirlik – illik 3,25%) dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR